
Milli Məclisin deputatı Səbinə Salmanova oktyabrın 23-də Gürcüstanın Borjomi şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, millət vəkili səfər çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitəsinin iclasında iştirak edəcək. Tədbirdə “QDİƏT Regionunda Davamlı Sosial-İqtisadi İnkişaf üçün Süni İntellekt - Hüquqi Aspektlər” mövzusunda məruzələr dinləniləcək və tövsiyə layihəsi müzakirəyə çıxarılacaq.
Səfər oktyabrın 25-də başa çatacaq.
Süleyman