
Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan taxılının Ermənistana daşınması üçün tranzitinə icazə verib. Bakı-Aktau hərəsi ilə Qazaxıstan taxılının Ermənistana daşınması reallaşacaq. Prezident bunu təkcə sülhün kağız üzərində deyil, praktikada reallaşdığını vurğuladı. Ermənistan Baş naziri bununla bağlı prezident İlham Əliyevə minnətdarlıq etdi. Qarşılıqlı olaraq Ermənistan da Türkiyədən Azərbaycana TIR -ların keçidinə icazə verdiyini elan etdi. Artıq iki ölkə arasında beynəlxalq nəqliyyat əlaqələrinin açılmasını qeyd edə bilərik. Azərbaycan prezidentinin bu qərarı, seçki öncəsi N. Paşinyanın mövqeyini gücləndirəcək.
Rusiya Ermənistanda hakimiyyət dəyişməsinə çalışır. Bu ölkədə müxalifətə ciddi dəstək verir. Bütün proseslər məhz Azərbaycanla sülh prosesinin pozmağa hesablanıb. Amma, Azərbaycanın atdığı bu addım Rusiyanın Ermənistanda mövqeyini kifayət qədər zəiflədəcək. Demək olar ki, Azərbaycanla -Ermənistan arasında de-fakto sülh əldə edilib. İki ölkənin tranzit yük daşımalarını qarşılıqlı blokadadan çıxarması, regionda iqtisadi əlaqələrin inkişafına və təhlükəsizliyin təmin edilməsinə yol açacaq.
Məhəmməd Əsədullazadə