
Rusiya paytaxtı Moskvanın mərkəzində Belorusski Dəmiryol Vağzalında yanğın baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. yaxınlığında baş vermiş yanğını söndürürlər.
"Tverskaya Zastava küçəsi 7 ünvanında yanğın barədə məlumat daxil olub. Yanğın inzibati binanın 2-ci mərtəbəsindədir", -deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının qarşısı alınıb. Xəsarət alanlar barədə ilkin məlumat yoxdur.
Anar Əliyev