Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: 2030-cu ilə qədər süni intellekt üzrə TOP-50 ölkəyə daxil olmağı hədəfləyirik

Prezident: 2030-cu ilə qədər süni intellekt üzrə TOP-50 ölkəyə daxil olmağı hədəfləyirik


Prezident Şavkat Mirziyoyevin sədrliyi ilə süni intellekt texnologiyalarının inkişafına dair videokonfrans keçirilib.
“Biz 2030-cu ilə qədər süni intellekt üzrə TOP-50 ölkəyə daxil olmağı qarşımıza məqsəd qoymuşuq. Ona görə də qabaqcıl xarici təcrübəyə əsaslanaraq “Süni İntellekt Alyansı”nı təşkil edəcəyik, – deyə dövlət başçısı vurğulayıb.

Bu alyansa bu sahədə səmərəli fəaliyyət göstərən aparıcı şirkətlər, xarici ekspertlər və soydaşlarımız, iri dövlət müəssisələri, banklar və universitetlər daxil olacaq.

Alyansın əsas vəzifələri aparıcı beynəlxalq tədqiqat mərkəzləri və akseleratorlarla əməkdaşlığı gücləndirmək, proqramlarımızda media məzmunu yaratmaq, beynəlxalq PR kampaniyalarını təşkil etmək, yerli müəssisələrin və mütəxəssislərin beynəlxalq sərgi, forum və konfranslarda iştirakını təşkil etmək olacaq.

İclasda regional və sənaye liderlərinin məruzələri, startap təsisçilərinin və sahə üzrə informatika müəllimlərinin fikirləri dinlənildi.
Xəbəri paylaş