Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan–Qazaxıstan əməkdaşlığında yeni iqtisadi üfüqlər

Azərbaycan–Qazaxıstan əməkdaşlığında yeni iqtisadi üfüqlər


"Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanaya səfəri çərçivəsində keçirilən “İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və tərəfdaşlığın yeni üfüqləri” mövzusunda Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclası iki ölkə arasında strateji iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri professor Sevinc Abbasova səsləndirib.
O deyib ki, bu tədbir yalnız biznes əlaqələrinin genişlənməsi deyil, həm də regionda dayanıqlı inkişaf modelinin formalaşmasına yönəlmiş yeni bir mərhələnin başlanğıcıdır:

"Azərbaycan sahibkarlarının fəal iştirakı, o cümlədən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasovun görüşləri göstərir ki, ölkəmiz iqtisadi diplomatiyada qlobal səviyyədə fəal və məsuliyyətli tərəfdaş kimi çıxış edir.
Dünya miqyasında “Vətandaş” fəlsəfəsinin daşıyıcısı olan Prezident İlham Əliyevin siyasəti sübut edir ki, dövlətini sevən hər bir vətəndaş sədaqətlə, məsuliyyətlə öz missiyasını yerinə yetirməlidir. Bu, güclü dövlət – ləyaqətli vətəndaş modelinin əsasıdır".

Süleyman İsmayılbəyli
Xəbəri paylaş