
Sabiq PA rəhbərinin yüksək vəzifədə olarkən Azərbaycan Milli İstiqlal Partiyasının yubiley tədbirlərində iştirak etməsi cəmiyyətdə belə bir fikir formalaşdırıb ki, AMİP də Ramiz Mehdiyevin siyasi müxalifəti sırasında olub.
Məsələ ilə bağlı fikirlərini Newscenter.az-a bölüşən AMİP liderinin köməkçisi Əli Orucov isə bu iddiaları rədd edib. O deyib ki, zamanında Ramiz Mehdiyevin AMİP-in yubley tədbirində iştirak etməsi siyasi etiket qaydası olub. AMİP funksoneri qeyd edib ki, keçmiş PA rəhbəri ora öz şəxsi istəyi və təşəbbüsü ilə gəlməmişdi:
"Partiyanın 5 illik yubileyində Ramiz Mehdiyev mərhum president Heydər Əliyevin təbrik məktubunu gətirmişdi və həmin təntənəli tədbirdə də məktubu oxudu. AMİP Azərbaycanda ilk yaranan partiya kimi sədr Etibar Məmmədovun rəhbərliyi və şəxsi nüfuzu hesabına ölkənin uzun müddət ən güclü və qüdrətli müxalif partiyası idi. Sözü gedən yubiley tədbirinə dövlət, hakimiyyət orqanlarından, parlamentdən, diplomatik korpusdan, mədəniyyət və icsəsənət, elm və digər sahələrin tanınmış nümayəndələri, ziyalılar, bir sözlə cəmiyyətin bütün sayılıb seçilən, tanınmışları iştirak etmişdi. Həmin vaxtlar Dözlət Neft Şirkətini vitse-prezidenti və millət vəkili olan hazırkı Prezident İlham Əliyev də yubley tədbirinə təşrif buyurmuşdu".
Süleyman