Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda siyasi müxalifət çox zəifdir

Azərbaycanda siyasi müxalifət çox zəifdir


"Azərbaycanda siyasi müxalifət çox zəifdir. Cəmiyyətdə və ölkənin ictimai-siyasi həyatında boy göstərmir. Onların bir çoxu dekorasiyadan başqa bir şey deyil".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra prezident İlham Əliyevin həm ölkə saxilində, həm də beynəlxalq aləmdə nüfuzu və reytinqi ciddi şəkildə yüksəlib:

"Dünyanın bir nömrəli supergücü olan Birləşmiş Ştatlar prezdenti D.Tramp İ.Əliyevin güclü lider olduğunu dəfələrlə publik olaraq bəyan edib. Belə bir lideri, dövlət başçısını hakimiyyətdən uzaqlaşdırmaq, böyük zəhmət və çaba hesabına daha da möhkəmləndirdiyi, təkcə regionun deyil, dünyanın güc mərkızinə çevirdiyi Azərbaycanda dövlət çevrilişini necə gerçəkləşdirmək olar? Bunu Moskvada oturanlar da yaxşı bilir, Azərbaycana qarşı olan digər mərkzələr və paytaxtlar da dərindən anlayırlar. Ola bilsin bəzi güclər R.Mehdiyev və digər vəzifədən uzalaşdırılan, böyük ambisiyyalara düşən şəxslərdən və qruplaşmalardan öz məqsədləri üçün yararlanmaq istəsin. Yeri gəlmişkən onu qeyd edim ki, hakim elitada əsən küləyə uyğun mövqe dəyişənlər indi də var. İstər hazırda hakimiyyət qollarında təmsil olunan, istərsə də vurulan məmurlar ən böyük təhlükə olaraq qalırlar".

Süleyman

Xəbəri paylaş