
2025-ci ilin yanvar-avqust aylarında Özbəkistan Respublikası 11,6 milyon dollar dəyərində alma ixrac edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, ixrac edilən almanın miqdarı 22,6 min ton olub.
Özbəkistanın Milli Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk 8 ayında respublika 10 ölkəyə 22,6 min ton alma ixrac edilib. Özbək almalarının ən çox alıcıları Rusiya və Qazaxıstan olub.
Alma tədarük edilən ilk 5 ölkəyə Qırğızıstan, Türkmənistan və İraq da daxildir.
Mehman Mehdiyev