Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Ermənistanın tranzit yüklərinə məhdudiyyətləri götürməsi mühüm hadisədir

Azərbaycanın Ermənistanın tranzit yüklərinə məhdudiyyətləri götürməsi mühüm hadisədir


Azərbaycan tərəfin öz ərazisi üzərindən qonşu Ermənistanın tranzit yüklərinə məhdudiyyətləri götürməsi və Ermənistan tərəfdən də artıq, ilk dəfə olaraq, Qazaxstan taxılının Azərbaycanın ərazisindən Ermənistana daşınmasını bildirmə faktı əlamətdar xeyirxah sülhməramlı hadisədir.
Həm, qonşuluqda iki ölkə arası sülh üçün. Həm Zəngəzur koridoru açılışını Ermənistan üzərinə hüquqi, ictimai, mənəvi və qarşılıqlı iqtisadi yük kimi qoyulması üçün. Həm, bu koridorun açılışı məsələsini süngü ilə qarşılayan anti-Paşinyan, müxalif "Qarabağ klanının" səsini kəsmək üçün. Və həm də Cənubi Qafqazda sülh, sabitlik üçün.
Bu addım həm yeni dövrə işarədi ki, iki Cənubi Qafqaz ölkəsi arasında məsələlər artıq Rusiya müdaxiləsi olmadan, tam sərbəst qəbul olunur. Böyük irəliləyişdir bu hallar, regionun tarixində.
Xəbəri paylaş