
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qahirəyə səfər çərçivəsində Dohada HƏMAS rəsmiləri ilə görüşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Dohada Türkiyə rəsmiləri ilə keçirilən görüşdə HƏMAS-ın Şura sədri Məhəmməd Dərviş İsmayıl və təşkilatın Siyasi Bürosunun üzvləri iştirak edib.
Görüşdə İsraillə əldə edilən razılşaşma və atəşkəs rejimindən sonrakı vəziyyət müzakirə edilib. Həmçinin, Yaxın Şərdə qalıcı sülhün əldə edilməsi istiqamətində görülən işlərə nəzər salınıb.
Anar Əliyev