Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramiz Mehdiyev ən böyük zərbəni məhz AMİP-ə vurub

Ramiz Mehdiyev ən böyük zərbəni məhz AMİP-ə vurub


"Ramiz Mehdiyev ən böyük zərbəni məhz AMİP-ə vurub. Qəribəsi ondan ibarət idi ki, onun çətiri altında olan bəzi müxalifət partiyaları mübarizəni iqtidarla deyil, AMİP-ə qarşı aparırdı. Patiya çarpaz atəş altında siyasi mübarizəni iqtidarın və Ramiz Mehdiyevin bəslədiyi, yön verdiyi siyasi müxalifətə qarşı davam etdirmək məcburiyyətində qalmışdı".

Newscenter.az xəbər verir ki, bunları AMİP liderinin köməkçisi Əli Orucov deyib. O bildirib ki, boz Kardinal ölkədə sağlam və güclü müxalifətin olmasını qəti şəkildə rədd edirdi:

"Həmçinin o çalışırdı ki, iqtidarla müxalifət arasında daimi gərginlik, qarşıdurma və düşmən münasibətlər olsun. Buna da etiraf edək ki, nail olmuşdu. Vəiyyəti o həddə çatdırmışdı ki, hər iki düşərgə bir-birilərini inkar edir, rəqib, opponent kimi deyil, düşmən və nifrətin, qəzəbin ünvanı kimi baxırdı. Medhiyevçilik və Mehdiyev ənənələri artıq aradan qaldırılmaqdadır. Ancaq təəssüflə deyim ki, bu proses də ləng gedir və köhnə streotipləri tamamilə dağıtmaq hələ də mümkün olmayıb. Düşünürəm ki, R.Mehdiyevin işi ilə bağlı bir çox mətləblərə və məsələlərə aydınlıq gətiriləcək. İndidən hay-həşir salanların, Boz Kardinala qarşı total hücumlar edənlərin bir çoxunun məhz tam ifşa olunacaqlarınadan, əsil simalarının üzə çıxacağından doğan isterikadır.

Süleyman
Xəbəri paylaş