
"Azərbaycanla Qazaxıstan arasında mövcud münasibətlər beynəlxalq siyasi və regional təhlükəsizlik çağırışlarına uyğun qurulur. Məhz prezident İlham Əliyevin Qazaxıstana səfəri iki ölkə arasında müttəfiqlik əlaqələrinin bariz nümunəsidir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi-iqtisadi əlaqələri inkişaf etdirir:
"Rəsmi Bakının bu siyasəti uzun müddətli strateji xəttə əsaslanır. Artıq Cənubi Qafqaz və Mərkəzi Asiya eyni vahid-Xəzər regionu kimi qəbul edilir. Xəzər regionun formalaşmasında və region ölkələrinin inteqrasiyasında Azərbaycan mühüm rol oynayır. Artıq Mərkəzi Asiya və Cənubi Qafqaz Orta Dəhliz vasitəsilə birləşib. Yeni dünya siyasi nizamında Cənubi Qafqaz və Mərkəzi Asiya eyni region olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində eyni çətirdə inkişaf edəcək".
Anar Əliyev












































