Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda sərbərst valyuta bazarı yoxdur

Azərbaycanda sərbərst valyuta bazarı yoxdur


Dünyanın əksər valyutalara dollara nəzərə dəyər itirdiyi zamanda Azərbaycan manatının məzənnəsi "sabit qalmaq"da, rus rublu isə "dəyər qazanmadadır". Bu onun göstəricisidir ki, nə Azərbaycanda, nə də Rusiyada sərbərst valyuta bazarı yoxdur, hər iki ölkənin Mərkəzi Bankı valyuta müdaxiləsi ilə istədiyi məzənnəni müəyyənləşdirə bilir. Bu gedişlə Azərbaycan manatının dollara nisbətdə məzənnəsi sabit qalsa da, rubl daha da "möhkəmlənə bilər". Heç şübhəsiz ki, hər iki ölkə üçün bu sonsuzluğa qədər davam edə bilməz.

Xatırlayırsınızsa, ötən ilin dekabr ayının 20-də Türkiyədə 1 ABŞ dolları 16.67 lirədən dekabrın 25-də 10,67 lirəyədək möhkəmlənəndə də proqnoz vermişdim ki, bu müvəqqətidir. Təəssüf ki, proqnozlar özünü doğrultdu, hazırda Türk lirəsinin məzənnə yenidən ucuzlaşır: 1.00 ABŞ Dollar = 15.86 Türk lirəsi olub.

Dünya valyuta bazarında ucuzlaşan yalnız Türk lirəsi deyil, Avo və funt sterlinqdə dollara nisbətdə dəyər itirir. Təxminən 1 il bundan əvvəl 1 dollar almaq üçün 90 avro senti və ya 70 penni ödənildiyi halda hazırda 1 dollar almaq üçün 95 avro senti və ya 80 penni ödənəmək lazımdır.

Dolların bahalaşmasında rol alan faktorlar arasında post pandemiya dövrünün yeni cağırışları, FED-in uçot dərəcəsini artırması, qlobal inflyasiyanın yüksəlməsi, dünya iqtisadiyyatında artım tempinin səngiməsi, Avro zonada ticarət balansının mənfi saldosunun artması, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində Avropa üçün yaranmış yeni situasiya fərqlənir.

Baş verən proseslərin Azərbaycan manatına təsirinə gəlincə, onu deyə bilərəm ki, manat yalnız ABŞ dollarına nisbətdə sabitdir və bu müvəqqəti prosesin nə qədər çəkməsi neft qiymətlərinin səviyyəsindən və ona bağlı olan siyasi qərardan asılıdır. Əslində manat avroya və funt sterlinqə nəzərən bahalaşır, bu da ən azı iki mənfi tendensiya yaradır:

1. Mərkəzi Bankın rezervlərini və Neft Fondunun aktivlərindən məzənnə fərqindən itkilərini artırır.

2. Qeyri-neft ixracatçılarının Türkiyə və Avropa bazarlarında məzənnə fərqindən itkilərini artırır.

Rus rubluna gəlincə, dəfələrlə yazdığım ki, rubla daxildə ödəniş vasitəsi kimi istifadə olunur və bu zamanda rublun dollara nisbətdə məzənnəsinin necə olması əhəmiyyət kəsb etmir. Odur ki, rublun möhkəmlənməsi Rusiya iqtisadiyyatının durumunu qiymətləndirmək üçün indikator rolunu oynaya bilmir.

Avro və funt sterlinqə gəlincə, hər iki valyutanın bundan sonrakı durumu iqtisadiyyatların vəziyyətindən və Ukraynadakı müharibənin nə qədər davam edəcəyindən asılıdır. Çünki artan hərbi xərclər iqtisadiyyatı inkişafdan saxlayır.

Qubad İbadoğlu-iqtisadçı
Xəbəri paylaş