Azərbaycan 2019-cu ilin sonlarında Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük təşkilat olan Qoşulmama hərəkatının sədrliyini üzərinə götürdüyü zaman cənab prezident -İlham Əliyev qeyd etdi ki , bütün gücümüzlə Qoşulmama hərəkatını dünyanın ən nüfuzlu təşkilatlarından birinə çevirməyə çalışacağıq.
Onu da qeyd edək ki, Qoşulmama hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Belə ki, ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi hərəkatın sənədlərində dəstəklənib.
Azərbaycan üçün bu hərəkat eyni zamanda 44 günlük Vətən müharibəsində də yadda qaldı. Bəli ,bu ən böyük nəticələrdən biri oldu .Belə ki, Qoşulmama hərəkatı Azərbaycanın ərazi bütövlüyünü və Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü tanıdı. Bu baxımdan Qoşulmama hərəkatı 44 günlük Vətən müharibəsində öz prinsipial mövqeyini ortaya qoydu.
2018-ci ilin 5 aprel tarixində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilmişdir.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Belə ki, 2019-cu ilin oktyabrın 25-də ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
Qeyd edək ki, 2021-ci il Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib. Dövlətimizin başçısı tədbirdə videoformatda çıxış edərək, Azərbaycanın Hərəkata sədrlik edəcəyi müddətdə öz priotetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün ardıcıl səylər göstərəcəyini bildirmişdir.
Yevlax rayon Mehman Kərimov adına Tanrıqulular kənd tam orta məktəbin müəllimi -Məmmədova Lalə .