Azərbaycanda koronavirusa 333 yeni yoluxma qeydə alınıb, 187 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Newscenter.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb.
Ölkədə indiyədək 796 474 nəfər koronavirusa yoluxub. Onlardan 784 840 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 899 nəfərdir.
Ölkədə son sutka ərzində 2 945, hazırkı dövrədək isə 7 024 138 test aparılıb.