
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Newscenter.az xəbər verir ki, "Report"un yerli bürosunun məlumatına görə, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.











































