Bakıda avtomobil aşıb, Hindistan vətəndaşları ölüb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə iyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları - Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.