Paytaxtın Ağ şəhər adlanan ərazisində "parkovşiklər" vətəndaşa hücum çəkib.
Bu barədə Avtosfer.az-a müraciət edən vətəndaş bildirib ki, ailəsi ilə Ağ şəhər ərazisində istirahət etməyə gedib. Bu zaman özünə məxsus 10-VL-011 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobili ərazidə park edib. Çıxan zaman isə özünü parkinq əməkdaşı kimi təqdim edən şəxs ondan pul tələb edib. Pulu vermədikdə isə digər "həmkarları" ilə bərabər ailəsinin yanında ona hücum çəkiblər. Təhqiredici ifadələr işlədib, avtomobilə və vətəndaşa zərbələr endiriblər.
Bununla bağlı vətəndaş Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.
Qeyd edək ki, vətəndaşı döyən şəxslər özlərini "Çinar parkinq" şirkətinin əməkdaşları kimi təqdim edib. Xatırladaq ki, adıçəkilən şirkət keçmiş polis rəisi, Nizami Qocayevə məxsusdur.
Xatırladaq ki, Nizami Qocayev son olaraq İsmayıllı rayon polis Şöbəsinin rəisi olub.
Video ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
My Webpage