Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-cü il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb.
Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.