Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Londonda səfirliyin binasında baş verən hadisələrə görə Britaniya hökuməti məsuliyyət daşıyır

Londonda səfirliyin binasında baş verən hadisələrə görə Britaniya hökuməti məsuliyyət daşıyır


Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.

BMT-nin Diplomatik Münasibətlər və İmmunitetlər haqqında Vyana Konvensiyasına əsasən, (Vyana Konvensiyası (1961-ci il) maddə 22: 1. Nümayəndəlik binaları toxunulmazdır. Yerləşmə döv­lətinin hakimiyyət orqanları nümayəndəlik başçısının razılığı olmadan bu binalara daxil ola bilməzlər.

2. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.) hər bir dövlət öz ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür.

Londonda səfirliyin binasında baş verən hadisələrə görə Britaniya hökuməti, hüquq-mühafizə orqanları məsuliyyət daşıyır.

“Qisas” anti-terror əməliyyatı Azərbaycana qarşı qara qüvvələri narahat etməyə bilməz. Son günlər bu barədə beynəlxalq mediada informasiyalar bunu deməyə əsas verir. Bütün bunlarla yanaşı, inanırıq ki, Britaniya hökuməti tərəfindən hadisənin əsl səbəbləri müəyyənləşəcək.

Bu hadisə insanların dini inancına zərbədir. Bizim dövlətçiliyimizlə, insani dəyərlərimizlə ziddiyət təşkil edir. Azərbaycan bayrağının yerə atılması heç bir dini əqidəyə yaraşan hadisə deyil. Azərbaycan bayrağının uğrunda on minlərlə vətən oğlu qəhrəmancasına vuruşub, qan töküb, şəhid olub.

Londonda səfirliyimizin binasında baş verən hadisəni qətiyyətlə pisləyir və qəbuledilməz hesab edirəm.

Büllur Məmmədova-“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin təsisçisi və sədri
Xəbəri paylaş