Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident mesaj verdi: "Qisas" ın davamı gələ bilər

Prezident mesaj verdi: "Qisas" ın davamı gələ bilər


Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıb. Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılması təmin edilməlidir.

Ölkə rəhbəri əvvəllər də dəfələrlə bu barədə tənqidi fikirlərini səsləndirmişdi. Ən yüksək belə açıqlamaların verilməsi Azərbaycanın 10 noyabr tarixli sazişin icrasında israrlı olduğunu göstərir. Şübhəsiz ki, bu, həm Ermənistana, həm də vasitəçi Rusiyaya mesajdır.

Son günlər Qarabağda baş verən hadisələr, o cümlədən Ermənistanın təxribatları terrorçuların bölgədəki sabitlik üçün təhdid olduğunu göstərir. Rusiya mütləq bunu görməli və lazımi tədbirlər görməlidir. Sülhməramlılar öz öhdəliklərini yerinə yetirərək qanunsuz erməni silahlı birləşmələrini ərazidən çıxarmalıdır. Rusiyanın bunu etməməsi tərəflər arasındakı etimad mühitinə zərbə ola bilər.

Ən yaxın zamanda azərbaycanların Qarabağa köçünün baş tutması gözlənilir. Orada erməni terrorçularına mövcudluğu isə buna mane ola bilər. Deməli, terrorçuların ərazilərdə qalması heç bir halda bizim maraqlarımıza uyğun deyil.

Prezident İlham Əliyev, həmçinin diqqətə çatdırıb ki, bölgədəki gərginliyə görə Ermənistan məsuliyyət daşıyır. İrəvan mütləq bu mesajlardan dərs çıxarmalı, təxribatçı hərəkətlərini dayandırmalıdır. Əks halda "Qisas" əməliyyatının davamının gələcəyi istisna deyil. Biz BMT- nin dörd qətnaməsinin tələblərini yerinə yetirdiyimiz kimi, rus sülhməramlılarının işlərini də görə bilərik. Moskva da, İrəvan da başa düşür ki, bizim başqa yolumuz yoxdur. Birinci, öhdəliklərin yerinə yetirilməməsi, ikincisi isə qanunsuz erməni hərbi birləşmələrinin davam edən provokasiyaları anti - terror əməliyyatlarını zəruri edir.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş