07 avqust 2022-ci il tarixində gün ərzində Suraxanı rayonu Bülbülə və Əmircan qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC yayıb.
Bildirilib ki, buna səbəb magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar görüləcək işlərdir.