Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəni üçün çalışan messenat: Azərbaycanlı məşhur xeyriyyəçinin həyat hekayəsi

Vətəni üçün çalışan messenat: Azərbaycanlı məşhur xeyriyyəçinin həyat hekayəsi


Zaman tarixi şəxsiyyətlər, böyük xeyriyyəçilər, dahi insanlar yetişdirir. Bu böyük şəxsiyyətlər həyatlarını xalqının və dövlətinin inkişfına xidmət üzərində qururlar. Belə şəxsiyyətlər illər əsrləri əvəz etsə də heç zaman unudulmurlar. Hər zaman insanların yadddaşında, ürəklərində yaşayırlar. Azərbaycanda milli sahibkarlığın, xeyriyyəçilik ənənələrinin yaranmasında və inkişafında böyük və əvəzsiz xidməti olan şair, messenat Gülağa Tənha da nəinki xalqımızın, ümumiyyətlə, region dövlətlərinin və millətlərinin həyatında qərinələr keçsə də, silinməyəcək unudulmaz izlər qoyan şəxsiyyətlərdəndir. Bütün varlığı ilə vətənpərvər və xeyriyyəçi insan olan Gülağa Tənha bütün imkanları ilə xalqının inkişafına, dövlətinin tərəqqisinə öz dəstəyini göstəribvə bu dəstəyi davam etdirir. Gülağa Tənhanın bir ali məqsədi var: xalqına və dövlətinə, eləcə də tərəqqipərvər insanlığa xidmət!

Öz xeyriyyəçiliyi ilə hər kəsin sevimlisinə çevrilən şair Gülağa Tənha bu gün də minlərlə insana öz dəstəyini göstərir.

Gülaga Məmi oğlu Qəmbərov 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan qəsəbsində anadan olub.
Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq üzrə fəlsəfə doktorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. “Gülaga Qəmbərov Fondu”nun prezidentidir.

Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.

Rusiya vətəndaşı olan Gülağa Qənbərov Rusiyada inşaat-memarlıq sahəsi üzrə ali təhsil alıb, aldığı ixtisas istiqamətində əmək fəaliyyətinə orada başlayıb və sonradan digər xarici ölkələrdə də müxtəlif sahələrdə biznes qurub.

Gülağa Qənbərov 1992-94-cü illərdə Qarabağda gedən hərbi əməliyyatlar zamanı döyüş bölgələrindəki hərbi hissələrimizə təmənnasız olaraq müxtəlif təyinatlı yardımların əldə olunaraq çatdırılmasını, eləcə də yaralanmış əsgər-zabitlərimizin ölkəmizdə və zərurət yarandıqda xaricdə müalicəsini təşkil edib.

Gülağa Qənbərov dəvət əsasında 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş dünya azərbaycanlılarının I qurultayında iştirak edib. O, qurultayda ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində irəli sürdüyü dəyərli və uzaqgörən ideyaların həyata keçməsində öz maddi-mənəvi dəstəyini sərf etməyi qərara alıb.
Məhz bu istəyin həyata keçirilməsi üçün G.Qənbərov 2002-ci ilin yaz aylarında Azərbaycana gələrək öz vəsaiti hesabına Masallı rayonunda bir sıra humanitar və xeyriyyə layihələrin (tikinti, təmir-abadlıq işləri ilə yanaşı, bir neçə şəhid ailəsinin himayəyə götürülməsi və s.), eləcə də Bakı şəhərinin Xəzər və Xətai rayonlarında yerləşən internat məktəblərinin, uşaq evinin, müharibə və əmək veteranları pansionatının inşaat, təmir-bərpa və təchizat məsələlərini daim diqqət mərkəzində saxlayıb.

Qeyd edək ki, yaradıcı ziyalıları hərtərəfli dəstəkləyən şair G.Qənbərov 2003-cü ildən AR Yazıçılar Birliyinin, 2004-cü ildən isə AR Jurnalistlər İttifaqının üzvüdür. O, Yazıçılar və Bəstəkarlar birliklərinin görkəmli üzvlərinin əsərlərinin çap edilməsinə maliyyə dəstəyi göstərib.

G.Qənbərov öz vəsaiti hesabına Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən və yararsız vəziyyətdə olan internat məktəbini yenidən inşa etdirib. Müasir standartlara cavab verən internat kompleksi 2004-cü ilin may ayında istifadəyə verilib. Eyni zamanda G.Qənbərov ölkəmizin idman sahəsinə maddi və mənəvi dayaq olaraq Azərbaycanda və xaricdə keçirilmiş bir sıra beynəlxalq yarışlarda idmançılarımızın iştirakını maliyyələşdirib.

Heydər Əliyev Fondunun yaradılmasından sonra G.Qənbərov xeyriyyəçilik fəaliyyətini Fondun rəhbərliyi altında davam etdirib. Fondun layihələri əsasında Masallı və Şamaxı rayonlarındakı iki orta məktəbin yeni binaları qısa müddət ərzində inşa edilib.

Bu gün də Gülağa Qənbərov xoşməramlı fəaliyyətini davam etdirir və çeşidli humanitar aksiyalarla öz səxavətini soydaşlarımızdan əsirgəmir.

Qoşqar (alp.az)
Xəbəri paylaş