Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda 13 yaşlı yeniyetmə dənizdə batıb

Xaçmazda 13 yaşlı yeniyetmə dənizdə batıb


Xəzər dənizində yeniyetmə batıb.

Newscenter.az xəbər verir ki, "Report"un Şimal bürosunun məlumatına görə, Şollar kənd sakini, 2009-cu il təvəllüdlü Firudin Loğman oğlu Bağırov dostları ilə liman adlanan ərazidə balıq tutarkən boğulub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş