Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda kişi meyiti tapılıb

Xaçmazda kişi meyiti tapılıb


Xaçmaz şəhərində kişi meyti aşkarlanıb.

Newscenter.az xəbər verir ki, "Report"un Şimal bürosunun məlumatına görə, şəhər mərkəzində təxmini 60 yaşlarında olan kişi meyiti tapılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Onun şəxsiyyəti və ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş