Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güloğlan Cabbarlı: "Ümid edirəm ki, "Qisas" əməliyyatından Qarabağdakı qanunsuz erməni birləşmələri nəticə çıxarar"

Güloğlan Cabbarlı: "Ümid edirəm ki, "Qisas" əməliyyatından Qarabağdakı qanunsuz erməni birləşmələri nəticə çıxarar"


Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və xüsusilə, ölkəmizə məxsus olan və rusların müvəqqəti nəzarətində olan Qarabağ ərazisindən qanunsuz erməni silahlı dəstələrinin çıxarılmaması və son günlərdə atəşkəsin düşmən tərəfindən intensiv şəkildə pozulması nəticəsində əsgərimizin şəhid olması Azərbaycan tərəfini bu təxribatlara adekvat cavab vermək məcburiyyətində qoyub. Azərbaycan Ordusu çox qısa müddətdə Laçın ərazisindəki Sarıbaba və Qırxqız yüksəklikləri ilə yanaşı, onların ətrafındakı ərazilərdə yeni mövqeləri azad edib. Həmin ərazilər hazırda ordumuzun nəzarəti altındadır. Bundan başqa, düşmənin artilleriya vasitələri, sığınacaqları və texniki vasitələri sıradan çıxarılıb. Həmçinin bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib. "Ermənistan tərəfi yenə də imzalanan müqavilələrə və götürdüyü öhdəliyə qarşı çıxaraq, bir daha sübut etdi ki, onlara inanmaq olmaz. Onlara dəfələrlə xəbərdarlıq etsək də, təxribatlarına davam etdilər. Qanunsuz erməni silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində avqustun 3-də əsgərimiz şəhid oldu. Amma Azərbaycanın igid oğulları yenə də şəhidinin qanını yerdə qoymadı və terrorçulara odla oynamağın bədəlini ağır ödətdi. Hər bir vətəndaş kimi, mən də o görüntüləri fəxr və qürurla izlədim. Ümid edirəm ki, "Qisas" adlı antiterror əməliyyatından Qarabağdakı qanunsuz erməni birləşmələri nəticə çıxarar və ərazilərimizi tərk edərlər.

Ümumiyyətlə, Ermənistan rəhbərliyi anlamalıdır ki, artıq Azərbaycan 90-cı illərin əvvəlindəki gücsüz dövlət deyil. Biz bunu 44 günlük Vətən müharibəsində də sübut etdik. Onların ayaqyalın doğma yurdlarından qovduqları körpələr tank belində öz evlərinə geri qayıtdılar. Ali Baş Komandan nəyi, nə vaxt, necə edəcəyini yaxşı bilir. Ali Baş Komandan İlham Əliyevin dövlət rəhbəri seçildiyi gündən apardığı siyasət məhz torpaqlarımızın öz gücümüzə azad edilməsinə hesablanmışdı. Nəticə də göz qabağındadır və düşmən yenə də biabır oldu". “Azərbaycan qarşı tərəfin birgə Bəyanatın şərtlərini ya xoşluqla, ya da zorla icra etdirməsində israrlıdır. Azərbaycan üzərinə düşən öhdəliklərin icrasını imzalanma mərasimindən qısa müddət sonra yerinə yetirdiyi halda, məğlub tərəfin bu öhdəlikləri uzatması heç bir halda ölkəmiz üçün qəbul edilən vəziyyət ola bilməz. Bu azmış kimi, atəşkəsin pozulması və Azərbaycan əsgərinin öldürülməsi bağışlanan hal deyil. “Qisas” əməliyyatı qeyri-qanunu erməni silahlı qüvvələrinə xəbərdarlıq siqnalı kimi də qiymətləndirilə bilər. Əgər Ermənistan tərəfi bu əməliyyatdan düzgün nəticə çıxarmazsa, qanunsuz erməni silahlı dəstələr daha ağır zərbələrə məruz qalacaqlar”,

Həmin ərazilərdə ordumuz mövqelərinin möhkəmləndirilməsi, yol infrastrukturunun inkişaf etdirilməsi və atəş sisteminin qurulması ilə məşğuldur. Bu proseslərə orada yerləşən hərbi qulluqçularımızın, bölmə və hissələrin şəxsi heyətinin təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar kontekstində baxılmalıdır. Baş verənlər həm də onu göstərir ki, Ermənistan heç zaman düzəlməyəcək. Dəmir yumruq hər zaman hazır olmalı, xalqımız birliyini və həmrəyliyini daima qorumalı, ölkə rəhbərliyi ətrafında sıx birləşməlidir. Cəbhədə uduzan ermənilər informasiya müharibəsində qələbə çalmağa, ölkədə ictimai-siyasi sabitliyi öz əlaltıları vasitəsilə müxtəlif yollara pozmağa davamlı cəhd edəcəklər.

Bu da məlum məsələdir ki, millətlərin başına gələn bir çox bədbəxt hadisələrin başında başıpozuqluq durur. Bunun baş verməməsi üçün hamımız çalışmalıyıq. Düşmənə heç bir fürsət verməməliyik. Gücümüz birliyimizdə və həmrəyliyimizdədir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu növbəti dəfə Ermənistan ordusuna layiqli cavab verdi, şəhidlərimizin qanı yerdə qalmadı. Ali Baş Komandanı, rəşadətli Azərbaycan ordusunu və xalqımızı birlik və həmrəyliyimiz əbədi etsin. Qarabağda törədəcəkləri hər bir təxribatın cavabını ağır alacaqlar. Onlar hər təxribatlarında "Dəmir yumruğu" öz başlarında hiss edəcəklər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tarix yazmağa davam edir və qələbələri ilə xalqımızı sevindirir.

Güloğlan Cabbarlı-dünya çempionu, hüquqşünas
Xəbəri paylaş