"Azərbaycanla İran dost və qarşılıqlı etimada söykənən qonşu ola bilməzlər. İlk növbədə İranda pars siyasəti ölkəmizin müstəqilliyini həzm etmir. İran sasanipars siyasətini dini -məzhəb pərdəsi altında aparır və region xalqlarını istismar etməyi planlaşdırır. Bu gün, Tehrandan ölkəmizə davam edən həmlələr, bu siyasətin davamıdır. Sonda, bu siyasətləri nəticəsiz qalacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, hazırda Azərbaycana qarşı Tehran xumeyniçiliyini təbliği etməklə, dərin dövlət tərəfindən türk düşmənçiliyini hibrid müstəvisində davam etdirir:
"Ölkəmizdə heç vaxt siyasi islam oturuşmuyub və xalq bunu qəbul etməyib. Azərbaycan xalqı sekulyar cəmiyyətdi və dini öz məişət, əxlaqi və mənəvi cəhətdən yaşadır. İslamı siyasiləşdirəndə xalq buna dəstək verməyəcək və çıxdaş edəcək".
Politoloq hesab edir ki, ümumiyyətlə, ölkəmizə ixrac edilən nurçuluq, İrandan xumeyniciliyi, Səudiyyə Ərəbistanından vəhhabilik dayaniqli olmadı və xalq yad siyasi təriqətləri qəbul etmədi:
"Azərbaycan xalqı öz dini dəyərlərinə sadiq qalaraq öz etiqadına sadiq qaldı. Ölkəmizdə din və məzhəb müstəvisində sabitliyi pozmaq istəyənlər yenidən aktivləşib. Ermənistan üzərində qələbə, aparılan bu siyasət bir çox ölkələri narahat edir. Ölkəmiz Cənubi Qafqazda güclüdür və Ermənistan üzərində parlaq qələbə qazanmaqla, regionda yeni reallıqlar yaradır".
Mehman