Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. 44 gündə tarix yazan Rəşadətli Azərbaycan Ordusu 28 il icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi, işğala son qoydu, ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya bəyan etdi.
Avqustun 12-də Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bildirdiyi kimi, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar.
Bölgədə sülh və sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi buna ən yaxşı sübutdur. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı elə yerindəcə cavablandırılacaq. Ona görə də Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməli, sülh prosesini uzatmamalı və şərtlərə ciddi əməl etməlidir.
Ermənistanın Azərbaycana qarşı elan etmədən müharibəyə başlaması, torpaqlarımızın işğalı, işğalın uzun müddət davam etməsi, işğalçı dövlətin işğalda qalan torpaqlardan hərbi təyinatlı istifadəsi nəticəsində Azərbaycanın kənd təsərrüfatına, maldarlığa, bitkiçiliyə rəqəmlərlə ifadəsi çətin olan zərər vurmuşdur. Bu fəsadların aradan qaldırılması üçün dövlət proqramları işlənib hazırlanıb.
Azərbaycan müstəqil siyasət yürüdür, heç bir qüvvə siyasi iradəmizə təsir etmək imkanına malik deyil və olmayacaq. Müstəqil dövlətimiz Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə əhatə olunan şərəfli bir dövrünü yaşayır və inkişaf edir.
Samirə Zeynalova - YAP Tərtər Rayon Təşkilatının mühasibi