Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsəyönlü siyasət sayəsində ölkəmiz dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Respublikamız müasir dövlət kımi özünün uğurlu inkişafını yüksək səviyyədə təmir edir və hazırda dünyadakı yeni iqtisadi çağırışlara adekvat reaksiya vermək imkanlarına malikdir. Biz ölkəmizdə həhyatın müxtəlif sahələrində dünyadakı ən son yeniliklərin, innovasiyaların tətbiq edildiyinin şahidi oluruq. Ötən dövrdə ölkəmizdə yüksək səviyyədə icra olunan infrastruktur layihələri sayəsində respublikamız dünyanın qabaqcıl ölkələri sırasına yüksəlib. Bu layihələrin icrası nəticəsində bu gün ölkəmizdə dayanıqlı inkişaf hökm sürür.
Ölkəmizdə bütün bölgələrin tarazlı inkişafı, abadlıq-quruculuq işləri Prezident İlham Əliyevin müəllifi olduğu regional inkişaf proqramlarının uğurla icra olunması sayəsində mümkün olub. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Prqramı uğurla reallaşdırılıb. Son olaraq Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın icrası da yüksək səviyyədə təmin edilir. Regional inkişaf proqramları çərçivəsində yaradılan yüksək səviyyəli infrastruktur bölgələrdə iqtisadi aktivliyin artmasına müsbət təsir göstərən əsas amillərdən biridir. Perspektivdə işğaldan azad edilmiş ərazilərin respublikamızın ümumi iqtisadiyyatına reinteqrasiya edilməsi sayəsində regional inkişaf proqramlarının əhatə dairəsinin genişlənməsi də müstəsna əhəmiyyətə malik olacaq. Bütövlükdə regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar həyata keçirilən uğurlu siyasət nəticəsində bölgələrin mənzərəsi dəyişib və bütün bölgələrdə yeni müsbət reallıqlar yaranıb. Bu isə ölkəmizin gələcəkdə yeni strateji nailiyyətlə əldə etməsində müstəsna rola malikdir.
Qeyd edim ki, Prezident İlham Əliyev 2 fevral 2021-ci il tarixində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən perspektivdə regionların milli gəlirdə payının artırılması təmin ediləcək. Bütövlükdə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet müəyyənləşdirilib. Diqqətə çəkən əsas məqamlardan biri odur ki, müəyyənləşdirilən yeni priortetlər respublikamızda müvafiq Dövlət proqramları vasitəsilə uğurla reallaşdırılan regional inkişaf strategiyası ilə uzlaşır. Bu o deməkdir ki, regionların sosial-iqtisadi inkişafı yeni mərhələdə də diqqət mərkəzində saxlanılacaq.
Bütün görülən işlər, həyata keçirilən layihələr onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan infrastruktur quruculuğu Azərbaycanın simasının yenilənməsinə, müasirləşməsinə, vətəndaş məmnunluğunun artmasına xidmət edir. Bu isə rifah və inkişaf, həmçinin parlaq gələcək naminə qüdrətli Azərbaycan deməkdir!
Rəşadət XALIQOV
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini