Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyanın diqqətini erməni vəhşiliklərinə cəlb etmək üçün bütün vasitələrdən istifadə etməliyik

Dünyanın diqqətini erməni vəhşiliklərinə cəlb etmək üçün bütün vasitələrdən istifadə etməliyik


Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Laçının mərkəzini, eləcə də Zabux və Sus kəndlərini tərk edərkən ərazini viran qoymaları, mina basdırmaları, evləri və meşələri yandırmaları bir yandan ənənəvi erməni xislətinin, vəhşi qəbilə vandalizminin göstəricisidirsə, digər yandan isə həm cılız qisasçılıq hissinin təsdiqidir, həm də yaxın gələcəkdə Laçına – öz dədə-baba yurdlarına qayıdacaq azərbaycanlılara qarşı təşkil edilən uzunmüddətli terror aktıdır. Onlar 44 günlük İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlərindən doğan acizlik, əziklik hissini bu cür bəsit və cılız qisasçılıq hərəkətləri ilə kompensasiya etməyə çalışırlar.

Eyni zamanda da öz tarixi torpaqlarına geri dönən azərbaycanlıların həm ekoloji fəsadlarla üzləşməsi üçün, həm də mina partlayışlarından əziyyət çəkməsi üçün tarixi düşmənlərimiz öz erməni xislətlərinə sadiq qalaraq bu cür barbar üsullara əl atırlar. Onlar Kəlbəcərdə törətdikləri vəhşilikləri indi də Laçında təkrarlayırlar. Və ən pisi də budur ki, ermənilərin bütün bu vandalizm hərəkətləri UNESCO-nun, beynəlxalq humanitar və ekoloji təşkilatların, Rusiya sülhməramlılarının və Minsk Qrupunu yenidən dirçəltmək, proseslərə qoşmaq istəyən ABŞ kimi, Fransa kimi həmsədr ölkələrin gözləri qarşısında baş verir.

Beynəlxalq təşkilatlar meşələrin yandırılmasını, evlərin viran qoyulmasını, infrastrukturun məhv edilməsini, ərazilərin minalanmasını görür, lakin susurlar, seyrçi qalırlar. Kimsə erməni vandallarına “dur!” demək istəmir. Olduqca qəribə və həm də əcaib bir situasiya ilə üzləşmişik. Sanki hamı erməni vandalizmini, erməni faşizmini, erməni terrorizmini görməzdən gəlir. Ortada “erməni amili”, “erməni kartı” olduğuna görə bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər ermənilərin Azərbaycan ərazilərində törətdikləri vəhşi əməllərə göz yumur və “ikili standart”lardan çıxış edirlər.

Amma rəsmi Bakı Laçını tərk etməkdə olan ermənilərin vandal hərəkətlərinin qarşısını almaq üçün hər hansı profilaktik tədbirlər görməyə, önləyici addımlar atmağa başlasa, o zaman dərhal Azərbaycana qarşı təzyiqlər göstərməyə, ölkəmizi ermənilərə qarşı qeyri-humanist davranmaqda və sairdə ittiham edəcəklər. Əfsuslar olsun ki, biz hal-hazırda bax, bu cür riyakar və mənəviyyatsız bir beynəlxalq münasibətlər sistemi ilə üz-üzəyik. Ancaq bütün bunlara rəğmən biz yenə də erməni vandalizmini ifşa etməyə və beynəlxalq təşkilatları real fakt qarşısında qoymağa davam etməliyik. UNESCO kimi mötəbər təşkilatlardan ermənipərəst mövqedən əl çəkməyi tələb etməliyik.

Tarixi-mədəni abidələri qorumaq, ətraf mühitə vurulan zərərlərin qarşısını almaq bu təşkilatların bilavasitə əsas vəzifəsidirsə, o zaman buyursunlar, vəzifələrinin icrası ilə məşğul olsunlar. Xaricdəki diaspor təşkilatlarımız da sözügedən beynəlxalq qurumların mərkəzi ofislərinin qarşısında kütləvi aksiyalar keçirə, onların erməni vandalizminə qarşı susqunluğuna və hərəkətsizliklərinə öz etirazlarını bildirə bilərlər. Bir sözlə, dünyanın diqqətini erməni vəhşiliklərinə cəlb etmək üçün bütün məqbul vasitələrdən istifadə etməliyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş