Avqustun 12-də Qarabağda rus sülhməramlısı idarə etdiyi maşınla Xankəndi-Əsgəran avtomobil yolunda ağır qəza baş verdi. Yol ayrıcında Rusiya sülhməramlı kontingentinin sürücüsünün idarə etdiyi “HAVAL H9” markalı yolsuzluq avtomobili ilə rayonun Saruşen kənd sakini E.Q.-yə məxsus “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində 07-nin sürücü sınıq və ağciyər xəsarəti ilə Respublika Tibb Mərkəzinə yerləşdirildi. Onun dörd qadın sərnişini - 52-56 yaş arası yerli erməni sakinlər yerindəcə öldülər.
Üstündən 5 gün keçib, amma Rusiya Müdafiə Nazirliyinin saytında və bülletenlərin heç birində baş verənlər, xüsusilə sülhməramlının "sürət terroru" istiqamətindəki fəaliyyəti ilə bağlı heç bir kəlmə yoxdur, sanki heç nə olmayıb. Nə rusların Qarabağdakı komandanlığından, nə də Rusiya Federasiyasının Müdafiə Nazirliyindən, nə də Ermənistanın “müttəfiq” ölkəsinin digər dövlət strukturlarından heç bir rəsmi üzrxahlıq yoxdur. Mütləq sükut davam edir. Sanki, "4 ermənin maşınla əzmişiksə, bu belə lazım idi" -deməyə çalışırlar.
Araşdırmanın necə aparıldığı, qəzanın günahkarının saxlanılıb-saxlanılmaması barədə məlumat yoxdur. Buna görə də iki erməni cəmiyyətlərində sualların artması və Rusiya tərəfinin davranışından narazılığın artması tamamilə məntiqlidir.
Çörünən odur ki, sülhməramlıların komandanlığı və RF-nin Müdafiə Nazirliyi baş verən cinayət hadisəsini "malamaq" üçün əlindən gələni edir.
Eynilə Azərbaycan əsgərlərinə Daşaltı postunda qumbara atan erməni terrorçunun işində olduğu kimi....
Ədalət Verdiyev-hərbi ekspert