Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazir: BİRLİKDƏ GÜCLÜYÜK

Vaqif Abdullayev yazir: BİRLİKDƏ GÜCLÜYÜK


Türkiyə-İsrail münasibətləri tam şəkildə bərpa olunaraq əvvəlki yaxın tərəfdaşlıq səviyyəsinə doğru istiqamətlənməkdədir. Ötən gün Prezident Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə telefonla danışığından sonra hər iki ölkənin səfirliklərinin tam tərkibdə və tam səlahiyyətlə öz əvvəlki işini bərpa etməsi qərara alınıb. Bu, olduqca mühüm siyasi qərardır və son illərdə soyuqlaşmış Türkiyə-İsrail münasibətlərinin tamamilə yeni siyasi reallıqlar şəraitində möhkəmlənməsini təmin edən amildir.

Qeyd edək ki, ötən aylarda İsrail prezidenti İsaak Hersoq və İsrailin baş naziri Yair Lapidin Türkiyəyə səfərləri zamanı razılaşdırılmış çərçivə sənədləri əsasında Türkiyə-İsrail əlaqələrinin inkişafını irəlilətmək üçün digər əhəmiyyətli bəndlər də nəzərdə tutulub ki, bütün bunlar Ankara və Tel-Əvivin ənənəvi dostluğunu təmin edəcəkdir.

Türkiyə və İsrail iki ölkə münasibətlərinin yaxşılaşmasında rəsmi Bakının da payı az deyil və təbii ki, bu dostluğun möhkəmlənməsi Azərbaycan üçün böyük siyasi əhəmiyyət kəsb edir.

* Faktiki olaraq Türkiyə-İsrail-Azərbaycan strateji ittifaqı yaradılır.
* Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək verən, sona qədər yanında olan qardaş Türkiyə ilə yanaşı, İsrailin də siyasi qətiyyətini unutmaq lazım deyil.
* Bu gün də regionda Azərbaycanın yaratdığı yeni siyasi reallıqlarda eyni cəbhədə yer alan ölkələr sırasında Türkiyə və İsrail ilk başda dayanır.
* Türkiyə-İsrail strateji birliyi həm də Azərbaycanın beynəlxalq platformalarda dayanıqlı möhkəm qarantiyası deməkdir.
* Türkiyə-İsrail əlaqələrin yaxşılaşması böyük bir siyasi xəritədə sülh və təhlükəsziliyin də möhkəmlənməsinə dərin zəmin yaradılması deməkdir.

* Beləliklə, regionun yeni siyasi xəritəsində Bakı-Ankara-Təl-Əviv birliyinin güclənməsi bölgədə sülh təşəbbüslərinin möhkəmlənməsi, müxtəlif ölkə və qüvvələrin pozuculuq təhdidlərinin qarşısının alınmasında və dayanıqlı təhlükəsizliyə dərin zəmanətin yaranmasında mühüm rol oynayacaq.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş