Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edib.
Newscenter.az-ın məlumatına görə, “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, tərəflər arasında telefon danışığı rəsmi İrəvanın təşəbbüsü ilə baş tutub.
Putinlə Paşinyan Qarabağdakı durumu müzakirə ediblər. Eyni zamanda 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının vacibliyi vurğulanıb.
Bundan başqa, tərəflər regionda sabitliyin qorunması üçün Rusiya sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.