Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Prezidenti: “Qarabağın nə qədər dinamik şəkildə dirçəlməsinin şahidiyik”

Qazaxıstan Prezidenti: “Qarabağın nə qədər dinamik şəkildə dirçəlməsinin şahidiyik”


“BMT Təhlükəsizlik Şurasının nizamnaməsinə və qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü qələbə ilə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub”.

“Report” Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə mətbuata açıqlamasında deyib.

“Bu da Azərbaycanın lideri, qardaş ölkənin Prezidenti İlham Heydər oğlu Əliyevin böyük şəxsi xidmətidir. Fürsətdən istifadə edərək, bir daha qeyd etmək istəyirəm ki, sizin rəhbərliyiniz altında Azərbaycan bu gün öz inkişafında nəzərəçarpacaq nəticələr əldə edir. Ölkənizdə bu tendensiyaları müşahidə edirik və buna ürəkdən sevinirik. Biz Qarabağın və Şərqi Zəngəzurun necə dinamik şəkildə dirçəlməsinin də şahidiyik. Sizin şəxsi səyləriniz sayəsində bu region yaxın gələcəkdə çiçəklənən bölgəyə çevriləcək və buna heç bir şübhə yoxdur.

Qazaxıstan da öz növbəsində bu nəcib işə töhfə verməyə hazırdır. Bu gün hədiyyəmizin təqdimatı həyata keçirilib. Qazax xalqı adından gələn ilin sonuna kimi Füzuli şəhərində Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikiləcək”, - o vurğulayıb.
Xəbəri paylaş