Bu gün Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini tamamlayan cizgilər kifayət qədər zəngin və dolğundur. O, Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı, Birinci Vitse-Prezident kimi ölkəmizin tərəqqisi, əhalinin sosial rifahı, naminə yorulmaz əməyi ilə nümunəvi ictimai xadim obrazını cəmiyyətə təqdim etmiş, Azərbaycanın müasir inkişaf mənzərəsinin daha da zənginləşməsində müstəsna rol oynamışdır.
Mehriban Əliyeva milli-siyasi elitamızın siyasi elitamızın qadın obrazıdır.
Onun ictimai-siyasi fəaliyyəti Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi ümummilli siyasətin ayrılmaz hissəsidir. Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın və etibarlı silahdaşı olaraq Azərbaycanın tərəqqi sütunlarının daha da möhkəmlənməsində tükənməz əmək sərf edən nümunəvi şəxsiyyətdir.
O, Müzəffər Ali Baş Komandanla birgə işğaldan azad edilmiş torpaqlarımızda aparılan sürətli bərpa və quruculuq işlərində yaxından iştirak edərək tarixi ərazilərimizin dirçəldilməsində, mədəniyyət paytaxtımız olan Şuşanın öz zəngin tarixi simasının özünə qaytarılmasında yorulmaz fədakarlığını əsirgəmir.
Azərbaycanın Birinci Vitse-prezidenti həm də cəmiyyətdə xeyirxahlıq, insanpərvərlik örnəyidir. Aztəminatlı ailələrə, Qarabağ qazilərinə, şəhid ailələrinə və həssas sosial qruplara xüsusi diqqət və qayğı göstərməklə onların sosial dayağına çevrilib.
Hamı Onu humanizm və ədalət idealların carşısı, humanist aksiyaların simvolu kimi qəbul edir. Onun humanizminin və xeyirxahlığını əhatə dairəsi təkcə Azərbaycanla məhdudlaşmır, hunanitar obrazı həm də dünyanın müxtəlif yerlərində xeyirxahlıqda və insana olan səmimi qayğıda Birinci yerdə dayanır.
Mehriban Əliyeva sülh carçısıdır. Beynəlxalq ictimaiyyət Onu insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır.
Mehriban xanım zəngin mədəniyyətimizin, tarixi dəyərlərimizin hamisidir. UNESKO və İSESKO-nun Xoşməramlı səfiri kimi Onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş coğrafiyanı əhatə edir.
Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin müavini kimi fəaliyyəti də Azərbaycanın siyasi həyatında mühüm mərhələ kimi xarakteriz edilə bilər. Partiya strukturunda dəyişiklik hakim partiyanın siyasi gücünün artmasında böyük bir hadisə kimi dəyərləndirilməlidir.
Onun səmimiyyəti, sadə insanlarla arada heç bir sədd qoymaması, stereotiplərdən uzaqlığı, hər bir insanla mehriban ünsiyyəti, sadə və təvazökarlığı böyük rəğbət doğurur. O, bu barədə fikirlərini bölüşərkən də həddindən artıq səmimidir: “Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”.
Bu əlamətdar gündə Mehriban xanımı Doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, dövlətimizin və xalqımızın rifah və tərəqqisi yolunda yorulmaz fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki