"Vətən müharibəsindən sonra 2160 qazi və şəhid ailəsinə psixoloji yardım göstərilib".
Newscenter.az bildirir ki, "Report"un xəbərinə görə, bu fikirləri Türkiyədən Azərbaycana dəvət olunmuş mütəxəssislərdən ibarət qrupun rəhbəri Səlcuq Dəmirtaş mətbuat konfransında deyib.
"Biz dünya metodlarından istifadə edərək bu şəxsləri müalicə etdik. Onlarda əksər problemlər yuxusuzluq, yuxuda stress keçirmə, diksinmə, aqressivlik, ürəkgetmə və qeyri-ixtiyarı hərəkətlər idi. Xidmətlər ödənişsizdir. Xidmətimizin müddəti müraciətlərdən asılı olacaq. Bu dəfəki səfərimizdə artıq azərbaycanlı psixoloqlarla birgə əməkdaşlıq edəcəyik", - o vurğulayıb.