Azərbaycanda meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlarda dəyişikliklər ediləcək.
Newscenter.az xəbər verir ki, bu barədə meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə fövqəladə hallar naziri nazir general-polkovnik Kəmaləddin Heydərov deyib.
O, yanğınların qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib.
Nazir həmçinin meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.