Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tibb müəssisələrinin nümayəndələrinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib

Tibb müəssisələrinin nümayəndələrinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib


Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin nümayəndələrinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

Newscenter.az xəbər verir ki, nazirliyin Mülki müdafiə qoşunlarının Təlim mərkəzində baş tutan təlimin keçirilməsində əsas məqsəd Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlarda ölkəmizi layiqincə təmsil etmək üçün hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də Dəstənin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsindən ibarət olub.

2 mərhələdə keçirilən təlimin ikinci mərhələsində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi üzrə tədbirlərin dəqiqləşdirilməsi, şərti olaraq yaradılmış sərhədkeçmə və gömrük məntəqələrində müvafiq prosedurların həyata keçirilməsi təmin olunub.

Hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin nümayəndələrinin iştirakı ilə axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi uğurla icra olunub.

Mehman
Xəbəri paylaş