Azərbaycan ordusunun "Komando" bölüyündə xidmət edib, şəhid olmuş Əhmədov Səbuhinin qardaşı Sənanın əvvəlcə öz qardaşının həminki hərbi xidmətə rüşvətlə götürülməsi iddiası irəli sürməsi, sonra isə tezliklə buna təkzib verməsi müəyyən ictimai müzakirə, ajiotaja səbəb olub.
Açıq deyim ki, bu məsələnin həqiqiliyinə elə də əmin olmamışam. Çünki, "Komando" ölkəmizdə yeni yaradılmış xüsusi nümunəvi və elitar hərbi silahlı qüvvədir. Bildiyimə görə,, qardaş Türkiyə zabitlərinin təlimi, seçimi və təlimatında, NATO hərbi sistemi üzərində qurulmuş və həm də Ali Baş Komandanın xüsusi nəzarətində-qüvvədir. Bu xüsusi elitar qüvvələrə xüsusi idman, təhsil, təlim, mənəvi-vətənpərvər keyfiyyətlərə uyğun gənclər seçilir. Buraya rüşvətlə keçmək olarmı?
İkincisi də hüquqi tərəfdən yanaşanda qardaşı şəhid olmuş ağır, emosional durumdakı şəxsin birdən-birə, bu cür ittihamı araşdırılmalı, fakta çevrilməlidir aidiyyətli hüquq-mühafizə orqanı tərəfdən ki, əsil həqiqəti, necə olduğunu bilək.
Bunu edəcək aidiyyətli məsul hüquq-mühafizə orqanı, hərbi-ordu sferasında qanunsuzluqlara nəzarət funksiyası daşıyan orqan, cənab Xanlar Vəliyevin rəhbərlik etdiyi Hərbi Prokurorluqdur! Qanunla mətbuatda işıqlandırılmış bu aydın və açıq mənşəli və orduya yönəlmiş ciddi ittihamı Hərbi Prokurorluq dərhal icraata götürüb iddia faktı üzrə araşdırma başlamalı idi. Hətta iddianı irəli sürən şəxs qardaşının ölümündən emosiya hissiyyata qapılma, ya, nədənsə bunu yanlışmı, səhvimi etdiyini bildirsə belə, məsələ tam köklü araşdırılmalı idi. Bəlkə, sabah da, qayıdıb deyər, emosiya ilə təkzib verdim, indi isə şikayətliyəm?
Hərbi Prokurorluq öz rəsmi araşdırma işini tam, prosessual qaydada, hər ehtimala görə davam etdirməli və Əhmədov Səbuhinin hərbiyə hansı qaydada qəbulunu araşdırmalı idi. Və bu qəbul prosesini icra etmiş, aidiyyətli Hərbi Səfərbərlik və MN kadrlar idarələri və əlaqəli əməkdaşların izahat, ya ifadələrini almalı, qəbul, sənədləşmə prosesini, aidiyyətli sənədləri tamam yoxlamalı idi. Yekunda, şəhidin qardaşı iddiaçının da ilkin və sonrakı izahatlarını tutuşdurmaqla müəyyən etməli idi ki, Əhmədov Sənanın hərbi xidmətə qəbulunda qanun pozuntusu olubmu, ya yox!
Bu məsələdə, hər iki halda Hərbi Prokurorluğu qüsurlu mövqeli sanıram. Qanuna uyğun əsaslı araşdırma aparmayıbsa, bu bir. Aparırsa, şəhid qardaşı, ittiham irəli sürən Sənan Əhmədovun Müdafiə Nazirliyi binası otağında tələsik, yəni, HP-n icraatındakı araşdırma dövrü yeni təkzib videosu çəkiliş və yayımının təşkili yanlışına da Hərbi Prokurorluğun nəzarəti təmin etməməsi.
Bunlar hamısı ölkə məmur mühitinin təəssüf ki, bir sıra sahələrində mütəmadi rast gəlinən, öz, dövlət qulluq-xidməti icrasını tam əsas-qayda ilə yerinə yetirmək, ya başa çatdırmaq əvəzinə, tələsik, dövlət rəhbərliyinə və xalqa, cəmiyyətə "uğurlu raport" vermə 'azarındandır'. Bunun da səbəbi var. Birincisi, öz dövlət vəzifəsinə, ölkəsi və dövlətçiliyə qarşı vecsizliyi və başının başqa və fərqli böyük şəxsi işlərlə sahələrlə qarışması. İkincisi, belə "raportlarla" öz mənfiliklərini ört - basdır etmək. Nəticəsi də xalqa, dövlətə ziyan.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri