"Moskvanın "böyük ümid"lər və məkrli niyyətlərlə Qarabağa göndərdiyi Vardanyan başına bir dəstə tör-töküntünü yığaraq, azərbaycanlı ekspertlərin monitorinq aparmasına imkan verməyib. Bunu Rusiyanın son oyunları kimi dəyərləndirir, onun bəd niyyətlərinə çata bilməyəcəyinə əmin olduğumuzu bildiririk".
Bu fikirləri Newscenter.az-a Azad Vətən Partiyasının sədri Akif Nağı səsləndirib. Partiya sədri bildirib ki, Qarabağda ermənilərin belini sındırdıq, bura rusların da buynuzunun sındırıldığı yer olacaq:
"Vardanyan bu hərəkəti ilə filiz yatağına gedən yolu öz aləmində bağladı, əslində Azərbaycanın Xankəndiyə yolunu açmış oldu. Azərbaycan ləngimədən hərəkətə keçməlidir. Şirlər meydanında tülkülərin "bəyliyi"nə son qoyulmalıdır".
Anar Əliyev