Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton zaman keçdikcə təsir dairələrini itirir

Vaşinqton zaman keçdikcə təsir dairələrini itirir


"Dünyanın iki super gücü olan ABŞ və Çin arasında olan soyuq müharibə öz şiddətini və əhatə dairəsini hər ötən gün genişləndirir. Son 50 il bu iki ölkə arasında olan münasibətlər enişli-yoxuşlu olmuş, Çinin 20 il ərzində daha sürətli yüksəlişi ilə bu gərginlik daha da kəskinləşmişdir. Çinin iqtisadi inkişafı 1978- ci ildən, ölkədə bazar iqtisadiyyatı modellərinin, kiçik və orta sahibkarlığa dövlətin dəstəyi, ixracyönümlü iqtisadiyyatın əsas götürülməsi və bu istiqamətdə konkret addımların atılması ilə başlanmış oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib.

O bildirib ki, Pekin hal hazırda istehsal, emal, birbaşa investisiyalar cəlbi sahələrində ABŞ-ı keçərək dünyanın ən böyük iqtisadiyyatı olmuşdur:

"Təbii ki, okeanın o tərəfində, əsas məqsədi tək başına dünyanın hegomon gücü olmaq olan ABŞ, Çinin bu templə inkişafını özünə əsas təhdid kimi qəbul edərək Pekinin inkişafını əngəlləmək üçün əməli fəaliyyətlər icra edir. Asya pasivikdə hərbi varlığını durmadan artıran Vaşinqton regionda Çinlə münasibətləri ziddiyətli olan dövlətləri silahlandırmaqla Pekinin sürətli inkişafını əngəlləmək və yaxud nəzarət altına almaq istəyir. Bu səbəbdəndir ki, ABŞ - ın regionda olan əsas müttəfiqləri Yaponiya, Cənubi Koreya, Avstraliya, Tayvan kimi ölkələr çox ciddi miqdarlarda vəsait ayıraraq öz hərbi xərclərini artırır. Çinin bölgədə hava üstünlüyünü ələ almasından qorxan Biden administrasiyası regionda özünün 5- ci nəsil F 35 tipli çox məqsədli döyüş təyyarələrinin sayını durmadan artır və müttəfiqlərini də, bu döyüş təyyarələri ilə silahlandırır. Ancaq ABŞ - ın qarşı tədbirlərinə baxmayaraq Çin də öz hərbi və iqtisadi varlığını genişləndirməkdədir".

Pərviz Mirizadə deyib ki, bu günlərin ən maraqlı və xüsusi hadisələrindən biri Çin Komünist Partiyası rəhbəri Şi Tsipinin Səudiyyə krallığına təşkil etdiyi səfərdir:

"Səfər çərçivəsində iki ölkə arasında ilkin dəyəri 30 milyard dollar olan 34 yeni müqavilə imzaladı və Şi Tsipinin ərəb ölkələri ilə yeni dövrün başladığını bildirməsi, Çinin uzun illər ABŞ - ın təsir dairəsində olan ərəb ölkələrini iqtisadi cəhətdən təsir dairəsinə aldığını göstərmiş oldu. Görünən odur ki, rəsmi Pekin yumşaq xarici siyasət yürüdərək dünya üzərində ABŞ hegomonluğunu sonlandırmaq istəyir. Fikrimcə rəsmi Pekin bunun öhtəsindən gəlir. Afrika qitəsinin ardından ərəb yarımadasını da iqtisadi təsiri altında olan Pekin öz gələcək inkişaf perspektivlərini yeraltı zənginliklərələ dolub daşan bu regionların hesabında misilsiz dərəcədə artıracaq. ABŞ- ın isə öz təsir dairələrini itirməsi ilk öncə özlərinin etdiyi bəzi yanlışlardan irəli gəlir. Heç kimə sirr deyil ki, Vaşinqton xüsusi maraqları olan regionlarda siyasi istiqrarsızlıq yaratmaqla amansız şəkildə həmin regionların sərvətlərini talayır və ABŞ-ın bu siyasəti həmin region insanları arasında birmənalı qarşılanmır. Çin isə ABŞ-ın əksinə olaraq bu tip siyasət həyata keçirmir. Bu səbəblə Vaşinqton gün keçdikcə təsir dairələrini itirir, onun itirdiyi bölgələrə Pekin yerləşir".

Anar
Xəbəri paylaş