Əvvəllər qeyd etdiyim kimi, 44 günlük müharibədən sonra Rusiya Azərbaycana, Ermənistana (ermənilərə) və ümumiyyətlə Cənubi Qafqaza təsir imkanlarını qorumaq və artırmaq üçün bir mənalı olaraq "stavkanı" rus sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərinə - Qarabağa edib. Xankəndidə rus icmasının yaradılması, rus dilinin ikinci "dövlət dili" kimi tətbiqi, yerli əhaliyə rus pasportunun verilməsi Rusiyanın qeyd edilən "stavka"nın tərkib elementidir. Vardannyanın Krenlin tapşırığı ilə Xankəndinə ezam olunması həmin prosesin davamıdır.
Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan könüllü olaraq Qarabağa gələ bilməzdi. Sözsüz ki, Vardanyanın Qarabağa göndərilməsində razılaşmasının səbəbləri var. Məsələ ondadır ki, Rusiya - Ukrayna müharibəsi səbəbindən o cümlədən Kremlə yaxın biznesmenlərə qarşı dünyanın tətbiq etdiyi sanksiyaları və xaricdəki aktivlərin dondurulması biznesmenləri iki tərəfə bölüb, yəni oliqarxlar publik şəkildə ya Putin siyasətinə qarşı çıxmalıdır ki, xaricdəki bizneslərini, aktiblərini qorusun, ya da ki, Putini dəstəkləməklə xaricdəki bizneslərindən, aktivlərindən məhrum olunmaqla ancaq Rusiyadakı aktivləri ilə kifayətlənməlidir. Bu vəziyyət isə Putini dəstəkləmiş oliqarxları Kremldən, Putindən daha da asılı vəziyyətə salıb.
Məlimdur ki, Rusiya aliqarxlarının mütləq əksəriyyəti cinayət yolu ilə indiki varidatı qazanıblar, onda onların Kremlin, Putinin iradəsindən necə asılı olduğunu görmək elə də çətin deyil. Oliqarxlar Brizovski, Xodorkovski, Çuqaşvili, İsmayılov və sair faktlar Putin "iradəsinə" sübutdur. Bildiyimiz kimi, Ruben Vardanyan da varıdatını cinayət yolu ilə əldə edib və onunla bağlı çoxlu cinayət işləri var. Bu fakt və eləcə də Vardanyanın "məcburi Putin seçimi"nin nəticələri onu Kremlin tam sözəbaxan icraçısına çevirib. Bu isə o deməkdir ki, Ruben Vardanyanı öz varidatının əsiridir və Ktemlin Vardanyan seçiminin əsas şərtidir. Odur ki, Vardanyan Xankəndində ən son məqama kimi Rusiyanın bütün planlarını reallaşdırmağa çalışacaq.
Sözsüz ki, Rusiya Vardanyan fiqurundan Errmənistan taxtasında da istifadə etmək fikrindədir, ancaq bu onun Qarabağda oynaya biləcəyi roldan asılıdır.
Azərbaycan vətəndaş cəmiyyətlərinin, aktivistlərin Laçın yolunda keçirdiyi aksiyanın yaratdığı reallıqları Vardanyan klassik siyasi səhnələrlə, əhəmiyyətsiiz "qərar"larla gizlətməyə cəhd edir və səhər ki, günə gözlənilən mitinqin əsas məqsədi də budur. Ancaq, ermənilər gözlənilən mitinqdə elə onların özlərinə qarşı şüarlar səsləndirəcəkləri şübhəsizdir.
Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas