Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat İqbal Məmmədov yazıçı Əlisa Nicatı ziyarət edib-FOTOLAR

Deputat İqbal Məmmədov yazıçı Əlisa Nicatı ziyarət edib-FOTOLAR


Milli Məclisin deputatı İqbal Məmmədov dekabrın 17-də tanınmış yazıçı Əlisa Nicatı ziyarət edib.

Newscenter.az millət vəkilinə istinadən xəbər verir ki, İqbal Məmmədovla bərabər, doktor Mübariz Ağayev və iş adamı Çingiz Məmmədov da yazıçının qonağı olub.

Bu barədə özünün facebook səhifəsində paylaşım edən millət vəkili İqbal Məmmədov bunları qeyd edib:

"Bu gün doktor Mübariz Ağayev, iş adamı Çingiz Məmmədovla birgə yazıçı, tərcüməçi, tarixçi, filosof, 100-dən çox kitabın müəllifi, hamımızın fəxri, elimizin ziyalı oğlu Əlisa Nicatın qonaqı olduq".

Millət vəkili İqbal Məmmədov və onunla birgə Əlisa Nicatı ziyarət edənlər yazıçının problem və qayğıları ilə maraqlanıblar.

Anar
Xəbəri paylaş