Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab prezident İlham Əliyev ulu öndərin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirir

Cənab prezident İlham Əliyev ulu öndərin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirir


"Tarix boyu Azərbaycan xalqının əldə etdiyi bütün qələbələrinin arxasında onun həmrəyliyi və birliyi dayanır".

Newscenter.az xəbər verir ki, bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, bir neçə gündən sonra 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edəcəyik:

"Bilirsiniz ki, 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu və tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın dövlətçilik memarı olan böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması haqqında Qərar qəbul edildi. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə Qanun qəbul etdi. 2001-ci il noyabrın 9-10-da isə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda Dünya Azərbaycanlılarının I Qurultayının qətnaməsi ilə yanaşı həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciətlər də qəbul olundu. Ulu öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqımızın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu".

Deputat vurğulayıb ki, bu gün cənab prezident İlham Əliyev ulu öndərin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirir:

"Belə ki, cənab prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bakıda 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının ikinci, 2011-ci il iyulun 5-6-da üçüncü, 2016-cı il iyunun 3-4-də isə dördüncü qurultayı keçirildi. Təbii ki, keçirilən qurultayların hər biri diaspor quruculuğu işinə böyük töhfələr verdi. 44 günlük Vətən müharibəsindən sonra da Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi. 44 günlük Vətən müharibəsi və əldə etdiyimiz möhtəşəm zəfər bir daha bütün azərbaycanlıları Ali Baş Komandan İlham Əliyev ətrafında daha da sıx birləşdirdi. Bu gün hər bir azərbaycanlı qalib ölkənin vətəndaşı olmaq qürurunu yaşayır".
Xəbəri paylaş