Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəni cəhətlərə bölmək olar, xalqı yerlərə yox-YƏHYA BABANLI YAZIR

Ölkəni cəhətlərə bölmək olar, xalqı yerlərə yox-YƏHYA BABANLI YAZIR


“Havada uçan quşlar bizim üstümüzə gülürlər. O səbəbə ki, əcnəbilərin gözünün qabağında qarabağlı-bakılı davası düşür”. Mirzə Cəlil

UCA SƏSLƏ: - MƏN AZƏRBAYCANLIYAM

Mən Ordubadda doğula və bununla, fəxr edə bilərəm… Halbuki -

Mən nə Təbrizli, nə Dərbəndli, nə Borçalılı, nə də ki, indi Azərbaycanın paytaxtı olan Bakılı da deyiləm…
Mən 1 şəxs deyiləm, yox heç 10 milyonda deyiləm, 60 milyondan biriyəm.

Təkdə deyil, cəmdə varıq.

Bəli, mən bütöv Azərbaycandanam - o taylı bu taylı, şimallı - cənublu, qərbli-şərqli.
Mənə görə, hər bir azərbaycanlı Azərbaycan Respublikasında sıravi, Azərbaycan diasporunun üzvü kimi isə dünya vətəndaşı olmalıdır.

Harada doğulmağı və yaşamağından asılı olmayaraq öz mənsubiyyətini bilməli və məsuliyyətini dərk etməlidir.
Bir azərbaycanlı adına layiq davranmalı və “Səndən ötrü can verməyə cümlə hazırız!” andına sadiq qalmalıdır!
Azərbaycanın paytaxtının adına olan “Bakılı oğlanlar” (Parni iz Baku) şən və hazırcavablar klubunun üzvü potriot Bəhram Bağırzadə düzgün formulu özünüifadə formasında edib.

Ümummilli baxımdan şən olmasa da, özüdə “boz”hazırcavablıqla.
Yəni, əslində hamımız Ərdəbilli, Şamaxılı və Bakılıyıq:

- Beləki, Ərdəbil biz azərbaycanlıların ideoloji beşiyi, Şamaxı qüdrətli Şirvanşahların, Bakı isə müasir Azərbaycanın paytaxtı olduğu üçün bütövlükdə dünya azərbaycanlılarının inikasıdır.

Necə ki, Qafqaz Albaniyasının paytaxtı qədim və zəngin yurdumuz Bərdə, Qəbələ, Eldənizlərin paytaxtı ulu və tarixi diyarımız Naxçıvan, Səfəvilərin paytaxtı mənəvi və mədəni elimiz Təbriz və Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı gözəl və qürurlu yerimiz Gəncə kimi.

Ölkəni cəhətlərə bölmək olar, xalqı yerlərə yox.

Unutmayaq, uzaq və yaxın tarixi - Vətən müharibəsin Şəhidləri və Qaziləri bunu öz canları və qanları ilə sübuta yetirdi.

Nə isə ki, belə yarımçıq yanaşma ilə gündəm yaratmaq, sosial şəbəkələrin seqmentinin fovoritinə çevrilmək arzuolunmazdır.

Bütöv insan tablosu daha da gözələldir.

Səs müqəddəsdir, ilahi qüvvədir. Küylü olmayaq…
Yerliçilik dar düşüncədir, geniş fikirləşək - göy qübbənizi eninə-boyuna böyüdək!
Adlı-sanlı, sanballı trend yaradaq.

Gəlin, səsimizi qısmayaq, oğrun-oğrun qeybət qırmayaq.
“Adama nə gələr, Ucadan gələr, - Nə gəlir, Allahdan - Ucadan gəlsin,”
Qoy, səsimiz ucadan gəlsin!

Bir sözlə, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Qeyd:

“Divarın da qulağı var”, “Şəhər həyatı səs-küylü olur” və s. deyimlər mövcuddur.
Etiraf edək ki, şəhər arxitekturasında “qonşu mənzilində asqıranda divarın o tayında aydın eşidilir” reallığını nəzərə alsaq, xısın-xısın danışmağımız məqbuldur. Hələ-hələ bir həyətdə bir necə ailə yaşayan məhəllələrdə…

Yəhya Babanlı
Xəbəri paylaş