
Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı sahəsinə aidiyyatı olmayanların yüksək vəzifələrdə çalışması hər kəsə məlumdur. Nazir M.Məmmədov başda olmaqla üç müavinin heç biri kənd təsərrüfatı mütəxəssisi deyil. Bu azmış kimi himayədarlıq etdikləri və vəzifəyə gətirdiklərinin də bir çoxunun bu sahədən xəbəri yoxdur. Hətta bəzilərinin heç ali təhsili olmamasına baxmayaraq məsul vəzifələrə çəkilib. Bunlardan da biri Ucar rayon sakini, heç bir ali təhsili olmayan, şəxsi göstəriciləri uyğun gəlməyən və Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili sektorunda imtahansız müdir vəzifəsinə təyin olunan İsmayılov Cavid İsmayıl oğlu adlı şəxsdir. Halbuki “Dövlət qulluğu haqqında” AR qanunun 28 və 29-cu maddələrində həmin vəzifəni tutmaq müsabiqə və yaxud müsahibə yolu ilə həyata keçirilir. İsmayılov Cavid İsmayıl oğlu isə müsabiqə və yaxud müsahibə yolu ilə keçmədən KTN-ə tabe olan Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsində yüksək vəzifə tutan Zamin Məmmədov və onun nazirlikdəki dost-tanışlarının, xüsusən də nazir müavini politoloq Sarvan Cəfərovun vasitəsi ilə həmin vəzifəyə gətirilib. O da məlum olub ki, C.İsmayılovun təqdim etdiyi diplom saxtadır və onun güya təhsil aldığı ali təhsil müəssisəsi Elm və Təhsil Nazirliyinin reyestrində yoxdur, nə də diplomun təsdiqi yoxdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Təhsil üzrə Dövlət Agentliyinin verdiyi 3-29-68/2-110/2024 saylı 23.07.2024-cü il tarixli arayışa görə 1996-2001-ci illər ərzində Azərbaycan Respublikasının ərazisində Gəncə Elm-Təhsil Mərkəzi (Aqrar-Ekologiya İnstitutu, Yeyinti-Sənaye İnstitutu, N.Gəncəvi adına Gəncə Universiteti) adlı təhsil müəssisəsi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.08.2001-ci il tarixli, 134 saylı qərarı ilə həmin mərkəzin qeydə alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-ci il, 04 iyul 81 nömrəli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.
Fəaliyyəti dayandırılmış Gəncə Elm-Təhsil Mərkəzinin (Aqrar-Ekologiya İnstitutu, Yeyinti-Sənaye İnstitutu, N.Gəncəvi adına Gəncə Universiteti) fəaliyyəti dövründə Təhsil Nazirliyinə təqdim etdiyi tələbə kontingetinə aid məlumat bazasında İsmayılov Cavid İsmayıl oğlunun qəbulu ilə bağlı məlumat aşkar edilməyib. Beləliklə, C. İsmayılov saxta diplomla və əmisinin dəstəyi ilə bu vacib posta yiyələnməklə həm qanunu, həm də ixtisaslı kadrın haqqını pozur. Orta təsilli şəxsin aqrar sahədə məsul vəzifədə olması bu vacib sektorun inkişafına da neqtiv təsir göstərir.
Bu həqiqəti Kənd Təsərrüfatı Nazirliyi, hətta Respublika Prokurorluğu bilməyinə baxmayaraq Cavid İsmayılov Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili sektorunda qanunsuz və imtahansız təyin olunmuş müdiri kimi vəzifəsində qalır. Bununla bağlı edilən şikayətlər və müraciətlər də havada qalır.
Əli Orucov