Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Özbəkistanla "CASCA+" dəhlizinə yeni özəl operatorların cəlb edilməsini müzakirə edib

Azərbaycan Özbəkistanla "CASCA+" dəhlizinə yeni özəl operatorların cəlb edilməsini müzakirə edib




Azərbaycan və Özbəkistan "CASCA+" nəqliyyat dəhlizinə yeni özəl operatorların cəlb edilməsini müzakirə edib.

Newscenter.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Oztemiryolkonteyner" SC-dən bildirilib.

"Oztemiryolkonteyner"in nümayəndə heyətinin 9-12 sentyabr tarixlərində Bakıya səfəri çərçivəsində Azərbaycanın "ADY Express" və "Alliance Multimodal" şirkətləri ilə ikitərəfli görüşlər keçirilib. Tərəflər Azərbaycan və Özbəkistan arasında yük axınının artırılması, "CASCA+" nəqliyyat dəhlizinə yeni özəl operatorların cəlb edilməsi və Çin-Avropa marşrutu üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bundan başqa, sentyabrın 11-də nümayəndə heyəti Azərbaycanın iri logistika obyekti olan Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Xatırladaq ki, multimodal nəqliyyat layihəsi olan "CASCA+" Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dəmir yolu qurumlarının birgə təşəbbüsüdür. Marşrut Mərkəzi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Türkiyənin Anadolu bölgəsi ilə birləşdirir. Bu marşrutla ilk konteyner blok qatarı 2022-ci ilin sonunda Bakıya çatıb.
Xəbəri paylaş