Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu millətin qaçqını da, köçkünü də bizim anamız, bacımız, qardaşımız, atalarımızdır

Bu millətin qaçqını da, köçkünü də   bizim anamız, bacımız, qardaşımız, atalarımızdır


Bugünlərdə gündəmi zəbt edən, bəzi sosial platformalarda yayılmış, məcburi köçkünlərə qarşı mənfi və qərəzli yanaşma doğuran jurnalist yazılarına münasibət bildirmək istəyirəm.

“Bu millətin qaçqını da, köçkünü də yoxdur onlar bizim ən yaxınlarımız, qəlbimizdə xüsusi yeri olan dəyər verdiklərimizdir.”

Məcburi köçkünlər bu xalqın parçalanmaz bir hissəsidir. Onlar təkcə evlərini, yurdlarını deyil, uşaqlıqlarını, xatirələrini, həyatlarının ən dəyərli illərini itiriblər. Amma bir şeyi heç vaxt itirməyiblər —ümidi! Onlar illərlə çadırlarda yaşadılar, dözdülər, səbr etdilər, Vətənə dönüş gününü gözlədilər. Və nəhayət, bu gün o qayıdış baş verir!

Bu millətin qaçqını da, köçkünü də bizim anamız, bacımız, qardaşımız, atalarımızdır.

Onlara qarşı qərəzli mövqe tutmaq, acı talelərini gözardı etmək sadəcə insafsızlıq deyil, həm də milli həmrəyliyimizə qarşı yönəlmiş rəzil bir təxribatdır. Azərbaycan xalqı bu ağrını birlikdə yaşayıb və birlikdə sağaldacaq!

Unutmayaq ki,qəlbi yaralı, amma ruhu sınmayan bu insanlar artıq qayıdırlar — Laçına, Füzuliyə, Şuşaya, Zəngilana… Onlar Vətən torpağına ayaq basdıqları an tarix yenidən yazılır. Bu bir Zəfərdir, bu bir Dönüşdür!

Turanə Orucova, ictimai fəal
Xəbəri paylaş