Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə seçkilərə kimlərlə gedir?

Türkiyə seçkilərə kimlərlə gedir?


Türkiyədə prezident seçkilərinə bir neçə ay qalmasına baxmayaraq, artıq siyasi qüvvələr arasında qızğın yarış başlayıb. Son sorğularda “Cümhur” İttifaqının namizədi, Prezident Rəcəb Tayyib Ərdoğan qalibdir.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Ramiyə Məmmədova səsləndirib. O bildirib ki, artıq 15 yanvarda seçki kompaniyasının başlandığını MHP başkanı Bahceli elan etdi:

"Bu il Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Prezident Ərdoğanın və müxalifət liderlərinin açıqlamalarından da məlum olur ki, artıq hazırlıqlar gərgin mübarizə şəraitində gedəcək. Hələlik meydanda Ərdoğanın qarşısına çıxıb, ona qalib gələ biləcək namizəd görünmür".

Ramiyə Məmmədova deyib ki, müxalifət öz namizədini seçməkdə çətinlik çəkir:

"Müxalifət partiyaları vahid namizədlə bağlı razılığa gələ bilmirlər. Namizədlə bağlı müxalif partiyalar arasında fikir ayrılıqları da diqqətdən yayınmır. Hələlik Ərdoğan meydanda təkdir. Ərdoğana gəldikdə, onun daxili və xarici reytinqi kifayət qədər yüksəkdir. Türkiyə liderinin uğurlu xarici siyasəti göz önündədir. Ərdoğan Türkiyəni ən yüksək səviyyəyə qaldırıb. Bu gün onun sayəsində qlobal aktor kimi Türkiyənin dünya siyasətində öz rolu var və bundan hər kəs məmnunmuş kimi görünür. Türkiyə təkcə geosiyasi aktor kimi yox, sülhməramlı ölkə kimi bir çox dövlətlərə yardım edir. Geosiyasi meydanda zülmkarın qarşısında olan Türkiyə məzlumun da arxasında, yanındadır. Prezident Ərdoğan qlobal müstəvidə prosesin mürəkkəb olduğu bir dövrdə çox soyuqqanlı, konkret nəticələrə hesablanmış və ardıcıl siyasət aparır. Türkiyənin Qərblə yanaşı, Rusiya, Çin və türk dövlətləri ilə münasibətlərinin hansı yerdə olduğunu görürük. Türkiyə bu gün türk dünyasının lideri mövqeyində dayanıb. Bunu dəfələrlə təkrar edirəm ki, Türkiyə türk dövlətlərinin başıdırsa, ürəyi də Azərbaycandır. Bütün bunların bir araya gəlməsində Ərdoğan və Türkiyənin böyük əməyi var. Türkiyə-Azərbaycan münasibətlərinin özünün ən yüksək səviyyəsinə qalxması da bu dövrdə baş verdi. Bu gün Türkiyə-Azərbaycan ittifaqı türk dövlətlərinin Turan ideyası ətrafında birləşməsində öncüllük edir. Eyni zamanda, Türkiyənin 44 günlük müharibədə Azərbaycana verdiyi dəstəyi də unutmuruq. Ərdoğana Türkiyəni qaldırdığı yerdən baxdıqda, onu seçkilərdə məğlub edə biləcək namizədin olacağını da düşünmürəm. Görünür ki, olmayacaq da. Ərdoğanın böyük səs fərqi ilə qalib gələcəyini də deyə bilərəm. Türkiyənin bir sıra iqtisadi problemləri olsa da, Türkiyə cəmiyyəti bunun kənar təsirlər nəticəsində olduğunun fərqindədir. Türk cəmiyyəti anlayır ki, Türkiyənin özünü müstəqil dövlət və geosiyasi aktor kimi təsdiqləməsinin bir bədəli olacaq. Bu da ABŞ və Qərbdən Türkiyəyə edilən iqtisadi təzyiqlərlə əlaqəlidir. Amma yenə də bu məsələləri həll edə biləcək yeganə şəxs Ərdoğanın hələ ki özüdür. O ki galdı məhşur “Altılıq” masasındakı, koalisiyasının namizədinin kim ola biləcəyinə, bu suala deyəsən hələ özləri də cavab tapmaqda getdikcə zorlanırlar. Orada təmsil olunan siyasi partiyaların liderlərinin hər birinin öz fikri var, yəni sözləri bir araya gəlmir. CHP liderinə gəldikdə, o, deyib ki, “Altılıq masası” namizədliyini irəli sürsə, bunu qəbul edəcək. İyi partiyanın sədri Maral Akşənər baş nazir postuna iddialı olduğunu bildirib. Deva partiyanın sədri Əli Babacan da namizədliyi irəli sürüləcəyi halda buna “yox” deməyəcəyini söyləyib. Görünən budur ki, müxalif blokda təmsil olunanların hər biri öz maraqlarını güdür. Nəticəsi də budur ki, aylardır sözlərini bir yerə qoya bilmirlər. Seçkilərə az vaxt qalır, bir müddət sonra təbliğata başlamalıdırlar, amma ortada bir namizəd yoxdur".

Ramiyə Məmmədova qeyd edib ki, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun bir açıqlaması da bu günlərdə Türkiyədə müzakirə mövzusudur:

"İmamoğlu dedi ki, “CHP mənim gücümdən istifadə edə bilərdi, amma bunu etmədi. İmamoğlunun bu açıqlaması təsadüfi deyil, çünki CHP lideri onun namizədliyinə qarşıdır. “Masa”da yalnız Akəşənər onu dəstəklədiyini bildirib. Müxalif birlik vahid namizəd irəli sürməlidir, amma orada təmsil olnan 6 partiyanın liderinin hərəsinin öz namizədi var. Çünki namizədlə bağlı fikir ayrılıqları həddindən artıq dərindir. Bu, müxalifətin elektoratında da ona qarşı narazılığı artırır. Bu baxımdan, müxalifətin vahid namizəd seçib-seçə bilməyəcəyi sual altındadır. Görünən budur ki, bu məsələnin həlli uzun vaxt aparacaq. Çünki “Masa”da olan 6 nəfərin hər biri düşünür ki, prezident olmağa layiqdir. Bu ambisiyaları da birliyə maneə yaradır, üstəgəl, onların heç biri bir-birinə güvənmir. Ərdoğan və türk milləti isə artıq bu məsələdə tamamən həmfikirdi yeni seckilər olsa da köhnə prezident qalmalıdır".

Anar
Xəbəri paylaş