Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin İranla bağlı məqsədləri NƏDİR?

Qərbin İranla bağlı məqsədləri NƏDİR?


ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, davam edən qaz böhranı İranın şimal-şərqində yeni etirazlara səbəb olub. Bildirilib ki, yanvarın 16-da Xorasan Rəzəvi vilayətinin Torbat-e Cam şəhərində yerli qubernatorluq binası qarşısına toplaşan etirazçılar küçələrdə tonqal qalayıblar.

Amerikalı analitiklərin fikrincə, bu enerji çatışmazlığı yaxın günlərdə bütün İranda, xüsusən də onun şimal və şərq əyalətlərində əlavə etirazlara səbəb ola bilər: “İran rəsmiləri son günlər milli “qaz böhranı” barədə getdikcə daha çox xəbərdarlıq edirlər. Bununla bağlı olaraq qaz istehlakını azaltmaq üçün bəzi əyalətlərdə banklar, ictimai obyektlər və universitetlər qısa müddətə bağlanılır. Baş verən etirazların əsas səbəbi qaz çatışmazlığı və siyasi təzyiqdir”.

İrandakı aksiyaların başlanmasının səbəbi 22 yaşlı Məhsa Əmininin qətlinə etiraz idi. Sonradan mitinqin miqyası daha da genişləndi.

Əvvəllə də dediyimiz kimi, çox güman aksiyaların arxasında Qərb dayanır. Böyük ehtimalla ABŞ və müttəfiqlərinin ölkədəki mövcud rejimlə bağlı konkret məqsədləri var. Əgər belə olmasa idi, aksiyalar belə mütəşəkkil olmazdı.

Rusiyadan sonra İranın Ukraynadakı “bataqlığa” salınması Qərbin İranla bağlı planlarını işə salmasına dair ehtimalları artırır. Bu mənada, çox güman, qaz böhranı da sözügedən ssenarinin tərkib hissəsidir.

İkinci bir tərəfdən, Tehranla Moskva arasında artan qarşılıqlı dəstək, o cümlədən hərbi əməkdaşlıq Vaşinqtonu daha da narahat edir. ABŞ İranın demokratik dəyərlərə ziddi hərəkət etdiyini iddia edərək gələcəkdə də bu dövlətə təzyiqi artıra bilər.

İrandakı qaz böhranı fonunda etiraz aksiyaları gələcəkdə daha da genişlənə bilər. Yəqin ki, əhalinin tələbləri artacaq. Mitinqlərin hakimiyyət dəyişikliyinə qədər davam etməsi mümkündür.

Həmçinin qaz böhranı ilə əlaqədər olaraq iranın Rusiyadan qaz idxalını artırmağa çalışması da mümkündür. Bu isə, əlbəttə, qarşılıqsız olmayacaq.

Gələcəkdə Tehran – Moskva əməkdaşlığının güclənməsi və Qərbin hər iki tərəfə təzyiqlərinin daha da artması mümkündür.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş